Erkən doğum
Məlum olduğu kimi, normal hamiləliyin müddəti təxminən 40 həftədir. Ancaq bəzi hamiləliklər normaldan daha erkən bitə bilər və erkən doğum ola bilər.
Hormonal çatışmazlıq, qidalanma, psixogen faktorlar, ananın reproduktiv orqanlarının bəzi pozğunluqları (məsələn, uşaqlığın bölünməsi), ananın xroniki xəstəlikləri (xroniki hipertoniya, xroniki ürək və böyrək xəstəlikləri, şəkərli diabet və s.), zəhərlənmələr, böyük cərrahi müdaxilələr kimi müxtəlif faktorların erkən doğuşa səbəb olduğu göstərilir.İlk günlərindən etibarən hamiləliyin mütəmadi olaraq izlənilməsi və həkim nəzarəti vaxtından əvvəl doğuş riskini azaldır.
Xüsusilə, vaxtından əvvəl doğuş baxımından risk qrupunda olan analar müntəzəm həkim müayinəsində olmağı ertələməsinlər.