Göbək ciyəsinin dolanması təhlükəlidirmi?

Göbək ciyəsi ana ilə dölü birləşdirən bağdır. O, birləçdirici toxumadan və 3 damardan ibarət olur - damarlardan biri oksigeni və qida maddələrini anadan dölə çatdırır, qalan 2-si isə parçalanma maddələrini döl orqanizmindən çıxardır. Daha sonra isə bu maddələr  ananın orqanizmdən xaric olunur.

Hamiləliyin əvvəllərində döl dölyanı mayedə sərbəst üzür və bunun nəticəsində onun qoluna, ayağına, gövdəsinə, boynuna göbək ciyəsi çox asan dolana bilər. Hamiləliyin əvvəlində dölün boynuna göbək ciyəsinin dolanması təhlükəli sayılmır. Bu zaman dölün ölçüləri kiçikdir, uşaqlıqda kifayyət qədər yer var və döl üzdükdə asanlıqla açıla bilər.

Əksər hallarda göbək ciyəsinin dolanması dölün inkişafına heç bir təsir göstərmir. Bu, hamiləlik dövründə baş verə biləcək normal hadisədir. Göbək ciyəsi nə qədər uzun olarsa, dolaşma riski bir o qədər də yüksək olacaq. Körpənin aktiv hərəkəti göbək ciyəsinin dolanmasına səbəb ola bilər.

Dolanma hamiləliyin 18-ci həftəsindən sonra, ultrasəs müayinəsi nəticəsində aşkar olunur. Dolanma sıx və ya boş ola bilər. Həkimin əsas məqsədi göbək ciyəsinin uşağın oksigen qəbuluna mane olub-olmadığını müəyyən etməkdir. Dolanma 2 dəfə də sıx olsa, bu təbii doğuşa mane deyil. Proses uşağın ürək döyüntüsünə nəzarət etməklə aparılır. Əgər təhlükə yaranarsa, həkim qeysəriyyə əməliyyatını təyin edə bilər.
 

Dölün boynuna göbək ciyəsinin dolanmasının konkret səbəbləri yoxdur. Lakin həkimlərin müşahidələrinə görə, bu patologiya daha tez hallarda dölün xroniki hipoksiyası fonunda inkişaf edir. Xroniki hipoksiyanın səbəbləri arasında:

- hamilə qadında anemiyanın (qanazlığı) olması,

- hamilə qadının az hərəkətli həyat tərzi,

- hamilə qadının havada az olması və s. ola bilər.

Göbək ciyəsinin həddən artıq uzun olması da bu patologiyaya gətirib çıxarda bilər. Bəzən göbək ciyəsinin uzunluğu 1 m çata bilər (normada 70 sm kimi). Həkimlərin müşahidələrinə görə, göbək ciyəsinin uzun olması irsiyyatda bu patologiyası olan (anada, nənədə və s olub) qadınlarda daha tez-tez təsadüf edilir.

Dölyanı mayenin çox olması da dölün boynuna göbək ciyəsinin dolanmasına gətirib çıxarda bilər.

 

Göbək ciyəsinin dölün boynuna dolanması zamanı dölün azad olması əsasən keysəriyyə əməliyyatı ilə baş verir. Lakin bəzi istisna hallarda döl təbii doğuşla azad ola bilər.