Gündəlik bezlərdən istifadə təhlükəlidirmi?

Çox axıntısı olan və alt paltarı tez-tez bulaşan qadınlar üçün gündəlik bezlər ən asan çıxış yoludur. Lakin istifadə qaydasını bilmədikdə ciddi problemlər yarada bilir. Nələrə diqqət etmək lazımdır?

İstifadə etdiyiniz bezlər 3 saatdan bir dəyişilməlidir Qoxulu bezlərdən uzaq durun, bunlar allergiya və dərinizdə qıcıqlanma yarada bilər Bakteriyaların, infeksiyaların çoxalma riski var Biz ginekoloqlar gündəlik bezlərdənsə, alt paltarının tez-tez dəyişdirilməsini məsləhət edirik. Yox əgər seçiminiz bezdirsə, onda neylon səviyyəsi az, tam pambıqdan olan və çox ətirli olmayan bezlərdən istifadə edin!