Ginekoloji estetik əməliyyatlar

Qadınlar artıq kompleksləri ilə yaşamaq istəmirlər!

Vaginaplastika - Günümüzdə xanımlar tərəfindən ən çox müraciət olunan əməliyyatdır. Bu əməliyyata həm özlərinin, həm də yoldaşlarının istəyi ilə gəlirlər. Bu şikayətləri olan xanımlar vaginaplastika əməliyyatından faydalana bilərlər: Doğuşdan sonra uşaqlıq yolunda genişlənmə yaranarsa, cinsi həzzin azalması və tərəflər arasında soyuqluğun yaranması, doğuşdan sonra kiçik cinsiyyət dodaqlarında asimmetrik pozulmalar yaranarsa, yaşlanma ilə bağlı yaranan problemlər, vaginada aparılan kəsiklər, epiziotomiya səbəbi ilə cinsi funksiyanın pozulması olarsa, uşaqlıq və sidikliyin sallanması nəticəsində yaranan vaginal deformasiyalar varsa. Labioplastika- qadında kiçik və böyük dodaqları dəyişdirməyi hədəfləmiş estetik əməliyyatdır. Labioplastika etmək istəyən qadınlar əsasən iki əsas kateqoriyaya aid edilirlər: İnterseks kimi irsi xəstəliklərə görə bunu həyata keçirmək istəyənlər və hansısa xəstəliyi olmadan sadəcə daha estetik görünüş üçün edən xanımlar. Labioplastika 30-40 dəqiqə ərzində həyata keçirilən yerli və ya ümumi keyləşdirmə ilə həyata keçirilir. Bu əməliyyatın cinsi əlaqəyə, orqazma, gələcək hamiləliyə və doğuşa heç bir təsiri yoxdur. Əməliyyatdan sonra sidiyə getməklə bağlı heç bir neqativ hal yaşanmır və ağrı hiss olunmur. Yara 1 həftəyə qədər  sağalır.