![](/media/media/Hamil%C9%99liyin_planlanmas%C4%B1_v%C9%99_apar%C4%B1lmas-02_JHNlOlp.png)
Hamiləliyin təqibi
Hamiləlik hər bir qadının və onun ailəsinin həyatında mühüm hadisədir.
Bu dövrdə ananın və uşağın sağlamlığı isə daha mühümdür. Həmin dövrdə bu müayinələrdən keçilməlidir: 🔹İlk növbədə ultrasəs müayinəsində hamiləlik təsdiq edilməli, uşağın ürək döyüntüləri eşidilməlidir. 🔹Hamiləliyin 6-8, 15-20 və lazım gəldikdə sonrakı həftələrində ananın qan təzyiqi ölçülür. 🔹6-8 həftəliyində qanın və sidiyin ümumi analizi, qan qrupu, Rh və qanda hepatit B, qızılca və məxmərəyin təyini yoxlanılır. 🔹11-14-cü həftədə USM-də ənsə qalınlığına, burun sümüyünə baxılır, bununla xromosom anomaliyalarının olub-olmaması araşdırılır. 🔹20-22-ci həftəsində dölün kompyuter müayinəsi aparılır. Bu zaman dölün bütün daxili orqanlarına baxılır. 🔹24-28-ci həftədə qanın ümumi analizi verilir, qlükoza yükləmə testi aparılır. 🔹28-ci həftədən etibarən NST və ya KTQ adlandırılan müayinə - dölün ürək döyüntülərinin izlənməsi aparılır. Bu müayinə üsulu ilə qida və oksigen əskikliyini vaxtında aşkarlamaq olur. 🔹32-36-cı həftədə aparılan USM uşağın çəkisini, uşaqlıq boynunun uzunluğunu və öndə gələn hissəni dəqiqləşdirməyə imkan verir. Diqqət: Hamiləliyin son 3 ayında hamilələr daha diqqətli olmalı, çəkiyə və arterial təzyiqə nəzarət etməlidirlər.