Təbii doğuş və qeysəriyyə
Hansını seçməliyik?
Bu sual çox soruşulur. Əvvəla onu deyim ki, doğuşdan qorxmayın. Çünki milyonlarla qadın sizdən əvvəl bunu edib və edəcək. Bir çox qadın doğuşdan məhz ağrıya görə qorxur. Bəzən bu qorxuya təcrübəsi olanların fikirləri də səbəb olur. Özünüzə bacınızın, qonşunuzun doğuşunu nümunə götürməyin. Çünki hər insanın öz ağrı duyumu var. Əgər ciddi probleminiz yoxdursa, təbii doğuşa gedin. Biz təbii doğuş zamanı xüsusi dərman və sinir keçən hissələri nöqtəvari massaj edərək ağrı hissiyyatını azaldırıq. Əgər patologiya varsa, onda artıq qeysəriyyə seçilir. Bəzən olur ki, ana yox, uşaq (döl) problemli olur. Aşağıdakı göstərişlər olduğu vaxt qeysəriyyə seçilir və təbii doğuşdan söhbət gedə bilməz: - Dölün bətndaxili oksigen çatışmazlığı -Uşaqlığın cırılma təhlükəsi -Ciftin vaxtından qabaq ayrılması