Uşaqlıq boynu xəstəlikləri

Qadın cinsiyyət üzvlərində ən çox təsadüf edilən ginekoloji xəstəliklərdən biridir.

Uşaqlıq boynunun eroziyası əksər hallarda özünü heç bir əlamətlə büruzə vermir və yalnız ginekoloji müayinə zamanı aşkar edilir. Uşaqlıq boynunun eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu infeksiyalardan bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır, bəziləri buraya bağırsaqdan keçir, digərlərinə isə qadın cinsi əlaqə zamanı yoluxa bilir. Eroziyanın müalicə üsulunun seçilməsi xəstənin yaşından, eroziyanın ölçüsü və formasından, yaranma səbəblərindən, yanaşı gedən xəstəliklərdən və s. asılı olaraq müəyyən edilir. Düzgün müayinənin əsas üsulları kolposkopiya və PAP Smear müayinələridir. Bu müayinələrdə infeksiyalar və papilloma virusu da təyin olunur. Düzgün müalicə üçün doğru diaqnozun qoyulması əsasdır!